Cəmiyyətdə, eləcə də iqtisadiyyatda hər şey hərəkətdə olsa da inkişafda deyil. İnkişaf qanunauyğunluq deyil, bəlkə də bu mifik bir fenomendir. Bunun üçün həqiqətən də qeyri‐adi “nə isə” etmək lazımdır. Məhz cəmiyyətin inkişafı da bu “nə isə”‐ni harada axtarmasından asılıdır. İlk baxışda bu yol gedilmiş yolu yamsılamaq, təkrarlamaq cəhdi olardı. Bu gün qərb ölkələrinin nisbətən köhnəlmiş texnologiyalarını, iqtisadi fəaliyyətin təşkili formalarını tətbiq etmək öz‐özlüyündə inkişafdır, amma inkişaf etmək deyildir. Çünki bu yamsılama kiminsə daimi irəlidə olduğunu qəbul etməkdir. Əsl inkişaf isə daim irəlidə olmağa cəhdlə şərtlənir. İnkişaf nisbi anlayışdır. Bu nisbilik insan tələbatının sonsuzluğa uzanması qədərdir. İqtisadi tarix göstərir ki, dünya əhalisinin əksər hissəsinin yaşadıgı “inkişaf etməkdə olan” ölkələr heç də inkişaf etmir. Bu tip ölkələr neqativ effekt yardan çevrənin kənarlarından çıxa bilmirlər (cercle vicieux). Başqa sözlə yaratdıqları və düşdükləri bu diabolik zəncirdə nəyin və kimin inkişaf etməkdə olduğunu görmək mümkün deyil. İllərdir borclanan bu ölkələrdə qloballaşan mühitdə yalnız çevrə üzərində hərəkət yox, geriyə, mərkəzə doğru qaçma təhlükəsi daha ehtimal olunandır, nəinki onların fəaliyyəti ilə pozitiv effekt yaradan və zaman keçdikcə mərkəzə yox, irəliyə, yəni daha geniş müstəvi (cercle vertueux) üzərinə keçmələri. Bəs biz hansı spiraldayıq? “Cercle vicieux”, yoxsa “cerclevertuex” də? Suala qəti cavab vermək çox çətindir. Nəzərə alsaq ki, böyük və görünməmiş iqtisadi artım yaşayırıq, ölkənin xarici borcları təhlükəli səviyyədə deyildir, belə təsəvvür yarana bilər ki, birinci spiralda deyilik, amma ikincidə olduğumuzu da əminliklə demək olmaz. Məhz cəmiyyətin və dövlətin də rolu pozitiv effekt yaradansistemə transformasiyanın sürətləndirilməsindən ibarətdir.
Burda fiziki baxımından sürətlə keçməmək gec keçməklə deyil, ümumiyyətlə keçə bilməməklə nəticələnir. İdeyanın fonunda o durur ki, nəyinsə bir nöqtədən digər nöqtəyə pozitiv keçidi mütləq deyildir. Ölkənin bu qədər resurslara malik olub hökm ən inkişaf edəcəyi inamının özünü asanlıqla doğrultmamaq ehtimalı böyükdür. Qərb ölkələri bu gün 2 faizlik iqtisadi artım axtarışındadırlar.
Biz də cəmiyyət olaraq neft gəlirlərini mənimsədikdən sonra bu gün bizə mütləq görünən ətraf sabah kifayət qədər nisbiləşəcək və bu gəlir bitdikdən sonra 2 faizlik iqtisadi artım məqsədində olacağıq. İndi məhz həmin dövrə hazırlaşmaq lazımdır. Bu isə yer üzərindəki ən mükəmməl varlıq olan insanın potensialındanasılıdır. Yalnız insan özünü mükəmməlləşdirdikcə ətrafını da dəyişmiş olur. Bu da elə inkişaf deməkdir. Cəmiyyətdəki insan davranışlarını da iqtisadi münasibətlərin doğurduğunu nəzərə alsaq, yolumuz aydınlaşır: Təhsilin əvəzedilməz rolusayəsində insanın öz inkişafına nail olmaq. Bu gün yalnız bilgi çağının prinsiplərinə köklənmək bizə imkan verə bilər ki, dinamik spiralda fəaliyyət göstərək. İkinci və optimal yol budur. Yalnız belə iqtisadiyyat dəyərin əlavə dəyər yaratmasına və onun da yenidən əlavənin əlavəsini yaratmasına şərait yarada bilər. Cəmiyyətdə inkişaf və iqtisadi artım anlayışları bəzən qarışdırılır. Bu fərq yalnız terminoloji mənada deyil, eyni zamanda konseptual baxımdan insan və dövlət davranışında geriləməyə səbəb olan effekt yarada bilər. Hazırda ərəb ölkələrinin varlı olması onların inkişaf etdiyinə dəlalət etmir. İnkişaf kəmiyyət göstəricisi olan iqtisadi artımdan daha geniş anlayış olub daha güclü səy tələb edir. İnkişaf iqtisadi artımın keyfiyyətləndirilməsidir.
Davamı...